ABŞ İranla dostluq müqavilәsinә xitam verdi

Bunu ABŞ-ın dövlət katibi Maykl Pompeo jurnalistlərə açıqlamasında bildirib.

1061912
ABŞ İranla dostluq müqavilәsinә xitam verdi

ABŞ İranla 1955-ci ildə imzalanmış dostluq müqaviləsinə xitam verib.

Bunu ABŞ-ın dövlət katibi Mayk Pompeo jurnalistlərə açıqlamasında bildirib.

‘‘ABŞ-ın iranla 1955-ci ildә imzaladığı dostluq müqavilәsinә xitam verdiyini açıqlayıram. Bu qәrar 39 il bundan әvvәl verilmәliydi’’,-deyә ABŞ dövlәt katibi Mayk Pompeo qeyd edib.

Pompeonun açıqlamasından bir neçә saat әvvәl BMT mәhkәmәsi ABŞ-dan İrana humanitar yardım vә mәhsulların idxalına mane olan sanksiyaları lәğv etmәsini tәlәb etmişdi.

İran isә inqilabdan әvvәl imzalanan vә iki ölkә arasında iqtisadi vә diplomatik  әlaqәlәri dәstәklәyәn dostluq müqavilәsi ilә bağlı ABŞ-a qarşı  BMT mәhkәmәsindә iddia qaldırmışdı.



Әlaqәli Xәbәrlәr