Dimitris Avramopoulos Türkiyəyə dəstəyini dilə gətirdi

Avropa İttifaqı Komissiyasının Köç, Daxili İşlər və Vətəndaşlıq üzrə üzvü Dimitris Avramopoulos köç məsələsi barədə Türkiyənin yüksək miqdardı xərci olduğunu, amma tək başına olmadığını söyləyib.

1061811

Avramopoulos Yunanıstanda keçirilən Aralıq dənizi xəbər agentlikləri birliyinin 27-ci ümumi iclasında etdiyi çıxışda jurnalistlərin suallarına cavab verib.

Türkiyə ilə Aİ arasında 2016-cı ildə keçirilən qaçqınlara dair razılaşmanın köç axınlarının qarşısını böyük nisbətdə aldığına diqqət çəkən Avramopoulos Egey dənizindən keçən miqrant sayının gündəlik olaraq orta hessabla 50-60-a düşdüyünü bildirib.  

Avramopoulos 3,5 milyon suriyalıya ev sahibliyi edən Türkiyəyə qaçqınların xərci üçün 6 milyard avro ayrıldığını xatırladaraq deyib ki, bu miqdar Türkiyəyə verilib, Türkiyə üçün ayrılıb, bu pulu ala bilər. Köç məsələsi barədə Türkiyənin yüksək miqdardı xərci olur, amma tək başına deyil. Bu ay arzində Türkiyəyə səfərim zamanı bunu bir daha dilə gətirəcəyəm.

Avramopoulos dörd il əvvəl vəzifəyə başladığından bəridir köç və təhlükəsizliyin Avropanın əsas gündəmini təşkil etdiyini bildirərək, köç böhranının Avropanı hazırlıqsız yaxaladığını, 4 il əvvəli ilə müqayisədə yaxşı vəziyyətdə olunsa da görülməli hələ çox iş olduğunu, hələ də ciddi bir məsuliyyətin davam etdiyini vurğulayıb.

Әlaqәli Xәbәrlәr