Yәmәnlilәrin aclıqla mübarizәsi davam edir

Birlәşmiş Millәtlәr Tәşkilatı Yәmәndә yaşanan  aclıqla bağlı xәbәrdarlıq edib.

1060521
Yәmәnlilәrin aclıqla mübarizәsi davam edir

Yәmәnlilәrin aclıqla mübarizәsi davam edir.

Birlәşmiş Millәtlәr Tәşkilatı Yәmәndә yaşanan aclıqla bağlı xәbәrdarlıq edib.

Birlәşmiş Millәtlәr Tәşkilatının  İnkişaf Preqramının Yәmәndәki ofisinin rәsmi ‘‘Twitter’’ sәhifәsindәn verilәn mәlumatda ‘‘Açlıq Yәmәnin hәqiqәti olmağa başlayır’’ deyilir.

Mәlumatda yәmәnlilәrin sәfalәt içindә olduğu qeyd olunub. Mәlumatda hәmçinin yerli valyutanın xarici valyuta  qarşısında ciddi mәnada dәyәr itirdiyinә diqqәt çәkilib.

Açıqlamada  bütün tәrәflәrә  bu mәsәlә ilә bağlı öhdәliklәrini yerinә yetirmәlәri ilә bağlı çağırış edilib.

Qeyd edәk ki, 2014-cü ilin sentyabr ayından etibarәn ölkәnin paytaxtı Sәna ilә bәzi bölgәlәri Husilәrin nәzarәtindәdir.

Sәudiyyә Әrәbistanı rәhbәrliyindәki koalisiya qüvvәlәri isә 2015-ci ilin mart ayından etibarәn  Yәmәn hökumәtinә dәstәk verir.

Birlәşmiş Millәtlәr Tәşkilatının mәlumatına әsasәn, vәtәndaş müharibәsinin davam etdiyi Yәmәndә  ölkә әhalisinin 75 %-i yәni 22 milyondan çox insan yardıma möhtacdır.



Әlaqәli Xәbәrlәr