ABŞ prezidenti Donald Trampdan maraqlı açıqlama

Tramq: “Şimali Koreya lideri Kim Çen Inə vuruldum”

1059717
ABŞ prezidenti Donald Trampdan maraqlı açıqlama

ABŞ prezidenti Tramp, Qərbi Virciniyadakı mitinqdə etdiyi çıxışında Singapur sammitindən sonra başlayan dialoq nəticəsində Şimali Koreya lideri Kim Çen In-a vurulduğunu bildirib.

Məlumata görə bir neçə həftə əvvəl Tramp və Kim bir-birinə məktub göndərmişdilər. ABŞ prezidenti bu yazışmadan sonra Kim ilə bir-birilərinə vurulduqlarını deyib və məktubu "gözəl və möhtəşəm" adlandırıb. Trampın bu sözlərinə tərəfdarları gülüb və ölkə rəhbərini alqışlayıblar.

Qeyd edək ki, iki lider bu ilin iyun ayında Sinqapurda görüşüb. Tramp adminstrasiyası 2-ci sammit üçün hazırlaşır.



Әlaqәli Xәbәrlәr