ABŞ ilə Çin arasında ticarət müharibəsi qızışdı

Amerika Birləşmiş Ştatları ilə Çin arasında ticarət müharibəsi qızışdı, Vaşinqtonun sanksiyaları gərginliyi artırdı.

1054811
ABŞ ilə Çin arasında ticarət müharibəsi qızışdı

Amerika Birləşmiş Ştatları ilə Çin arasında ticarət müharibəsi qızışdı, Vaşinqtonun sanksiyaları gərginliyi artırdı.
 
 Çin ABŞ-n Çindəki səfirini çağıraraq sanksiyalara qarşı sərt reaksiyasını bildirdi.
 
 ABŞ Çinin Rusiyadan S-400 hava müdafiə sistemlərini alması səbəbindən bu ölkənin Müdafiə Nazirliyi əməkdaşlarına qarşı sanksiya tətbiq olunmasına dair qərar qəbul etmişdi.
 
 Çin Müdafiə Nazirliyinin sözçüsü Vu Çien bununla bağlı açıqlama verərək: "Çin ordusu bu qərara görə qəzəblənir və qətiyyətlə buna qarşı çıxır" ifadəsini işlətdi.
 
 Digər tərəfdən, "Wall Street Journal" qəzeti Çinin ABŞ ilə ticarət danışıqlarından imtina etdiyi, Baş nazirin müavini Liu Henin gələn həftə Vaşinqtona getməyəcəyi barədə xəbər yaydı.



Әlaqәli Xәbәrlәr