Xaricdən ərzaq yardımına ehtiyac duyan ölkələr

Birləşmiş Millətlər Təşkilatı Qida və Kənd Təsərrüfatı Qurumundan (FAO) verilən yazılı məlumatda bildirilir...

1054391
Xaricdən ərzaq yardımına ehtiyac duyan ölkələr

  Afrikada 31, Asiyada 7 və Karayip dənizi bölgəsində 1 olmaqla ümumi 39 ölkə kənardan ərzaq yardımına ehtiyac duyur.

  Birləşmiş Millətlər Təşkilatı Qida və Kənd Təsərrüfatı Qurumundan (FAO) verilən yazılı məlumatda bildirilir:

  “Dünyadakı ərzaq vəziyyətilə bağlı proqnozları təhlil edərkən ortaya belə bir hesabat çıxdı. Afrikada 31, Asiyada 7 və Karib hövzəsində 1 olmaqla 39 ölkə kənardan ərzaq yardımına ehtiyac duyur. Uzunmüddətli münaqişələr, ekstemal hava hadisələri və yerindən-yurdundan edilmə milyonlarla müdafiəsiz insana qida çatdırılmasına mane olur.

  Şərqi Afrika və Yaxın Şərq bölgəsindəki ərzaq qıtlığının əsas səbəbi yerli qarşıdurmalar və köçlərdir. Afrikanın cənubu, Yaxın Şərq regionu və Cənubi Amerikada isə quru hava şərtləri taxıl istehsalını azaldıb. Yaxud Yəməndə davam edən qarşıdurma ötən ildən bu yana 5 faiz artaraq təxminən 17,8 milyon insanı aclıq və təcili humanitar yardıma möhtac qoyub.

  Orta Afrika respublikasında əhalinin 43 faizinin, yəni təxminən 2 milyon nəfərin təcili ərzaq yardımınına ehtiyacı var. Suriyada təxminən 6,5 milyon insan aclıq təhdidi altındadır.

  Əfqanıstan, Burkina Faso, Burundi, Yaşıl Burun adaları, Kamerun, Mərkəzi Afrika respublikası, Çad, Konqo, Şimali Koreya, Konqo Demokratik respublikası, Cibuti, Eritreya, Esvatini (keçmiş adı Svaziland), Efiopiya, Qvineya, Haiti, İraq, Keniya, Lesoto, Liberiya, Liviya, Madaqaskar, Malavi, Mali, Mavritaniya, Mozambik, Myanma, Niger, Nigeriya, Pakistan, Seneqal, Sierra Leone, Somali, Cənubi Sudan, Sudan, Suriya, Uqanda, Yəmən və Zimbabve də xaricdən ərzaq yardımına ehtiyac duyan ölkələr sırasındadır”.



Әlaqәli Xәbәrlәr