“İnstagram” İranda qadağan oluna bilər

İran Kiber Dünya Ali Şurasının rəhbəri Əbülhəsən Firuzabadi ölkədə populyar olan İnstaqramla bağlı açıqlama verib.

1052337
“İnstagram”  İranda qadağan oluna bilər

İran Kiber Dünya Ali Şurasının rəhbəri Əbülhəsən Firuzabadi ölkədə populyar olan İnstaqramla bağlı açıqlama verib.

Məlumata görə, Firuzabadi İnstaqramın İranda rəsmi təmsilçilik açması və iranlı istifadəçilərin məlumatlarını bu ölkədə qurulacaq məlumat mərkəzlərində saxlamasını təklif edib.

Təklif qəbul edilməyəcəyi təqdirdə bu sosial şəbəkənin bağlanılacağı barədə xəbərdarlıq verilib.

Əbülhəsən Firuzabadi İnstaqram rəsmiləri ilə bir neçə dəfə görüş keçirilsə də, müsbət nəticənin əldə olunmadığını söyləyib. Hazırda bu istiqamətdə danışıqlar davam edir.

Qeyd edək ki, “Teleqram” sosial şəbəkəsi də həmin şərti qəbul etmədiyi üçün İranda fəaliyyətinə son qoyulmuşdu.


Etiketlәr: #İran , #İnstegram

Әlaqәli Xәbәrlәr