Avropa Ədalət Divanı İngiltərənin həbs qərarlarını tətbiqə bağladı

... İrlandiya məhkəməsi işi Avropa Ədalət Divanına göndərmişdi.

1052780
Avropa Ədalət Divanı İngiltərənin həbs qərarlarını tətbiqə bağladı

  Avropa İttıfaqının yüksək məhkəmə orqanı olan Avropa Ədalət Divanı üzv ölkələrin rəsmi Brexit (Britaniyanın Aİ-dən ayrılması) tarixinə qədər İngiltərə tərəfindən çıxarılan həbs qərarlarını tətbiq etməsi lazım olduğunu bildirib.

  Mərkəzi Lüksemburqda yerləşən, Aİ-nin ən yüksək məhkəmə organı sayılan Avrupa Ədalət Divanı İrlandiya məhkəməsinin Brexitlə əlaqədar İngiltərənin verdiyi Avropa həbs əmrinin etibarlılığını məhkəmə dava qərarına bağladı.

  Məhkəmə Aİ üzvü olan ölkənin ittifaqdan ayrılma prosesində olduğu üçün İngiltərə tərəfindən verilən Avropa İttifaqı həbs əmrini yerinə yetirməmə haqqı olmadığına dair qərar verib.

  Xatırladaq ki, proses 2016-cı ildə İngiltərənin Avropa İttifaqı həbs əmri əsasında haqqında cinayət və təcavüz ittihamlarıyla İrlandiyada həbs olunan bir şübhəlinin Brexitə görə İngiltərəyə ekstradisiya edilməməsini müdafiə edərək İrlandiyada iddia qaldırması ilə başlamışdı. İrlandiya məhkəməsi işi Avropa Ədalət Divanına göndərmişdi.



Әlaqәli Xәbәrlәr