BMT: Ərdoğan-Putin görüşü böyük əhəmiyyət kəsb edir

BMT Baş katibinin sözçüsü Stefan Dujarric (Stephane Dujarric) Ərdoğan-Putin görüşünü dəyərləndirdi.

1051373
BMT: Ərdoğan-Putin görüşü böyük əhəmiyyət kəsb edir

Birləşmiş Millətlər Təşkilatı Baş katibinin sözçüsü Stefan Dujarric (Stephane Dujarric) gündəlik brifinqdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putinin Soçidə keçirdikləri görüşü və görüşdə İdlibdə silahsız zona yaradılması ilə bağlı qəbul olunmuş qərarı dəyərləndirdi.
 

Dujarric: "Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasındakı görüş böyük əhəmiyyət kəsb edir və ümid edirik ki, bu görüşün İdlibdəki mülki vətəndaşlara müsbət təsiri olacaq. İdlibdə mülki vətəndaşlar böyük təhlükə altındadırlar" dedi.
 

 



Әlaqәli Xәbәrlәr