Efiopiya ilə Eritreya arasında sülh müqaviləsi imzalandı

Afrika ölkələri Efiopiya və Eritreya sülh müqaviləsi imzaladılar.

1050558
Efiopiya ilə Eritreya arasında sülh müqaviləsi imzalandı

Afrika ölkələri Efiopiya və Eritreya sülh müqaviləsi imzaladılar.
 
 Səudiyyə Ərəbistanı rəsmi xəbər agentliyi SPA-in yaydığı xəbərə görə, Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləzizin ev sahibliyi ilə Ciddə şəhərində bir araya gələn Efiopiya Baş naziri Abiy Əhməd və Eritreyanın dövlət başçısı Isaias Afeverki sülh müqaviləsini imzalayıblar.
 
 Kral Salman hər iki lideri "Kral Əbdüləziz Ordeni" ilə təltif edib.
 
 İmza mərasimində Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi, Baş nazirin müavini və Müdafiə naziri Məhəmməd bin Salman, Birləşmiş Millətlər Təşkilatının Baş katibi  Antonio Quterreş (Antonio Guterres) və  Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər naziri Abdullah bin Zayid Əl-Nəhyan da iştirak ediblər.
 
 Qeyd edək ki, Efiopiya və Eritreya liderlərinin iyul ayında həyata keçirdikləri qarşılıqlı səfərlərdən sonra tərəflər arasındakı buzlar ərimiş, "Birgə Sülh və Dostluq Deklarasiyası" imzalanmışdı.
 
 İki ölkə sülh müqaviləsindən sonra səfirliklərini də qarşılıqlı olaraq yenidən açmağa qərar veriblər.
 
 Eritreya 1993-cü ildə müstəqilliyini əldə etdikdən sonra iki ölkə arasında sərhəd münaqişələri səbəbindən 1998-2000-ci illərdə baş verən müharibədə on minlərlə insan həyatını itirmişdi.
 
 Əlcəzairdə 2000-ci ildə imzalanan müqavilədən sonra Efiopiya bəzi mübahisəli əraziləri tərk etməyi rədd etdikdən sonra da iki ölkə arasındakı gərginlik davam etmişdi.
 
Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş Efiopiya və Eritreya arasında bağlanmış sülh müqaviləsini "tarixi hadisə" və "sülh üçün ümid pəncərəsi" kimi səciyyələndirib.



Әlaqәli Xәbәrlәr