Niki Heyli: "İdlibə yüzdən çox hava hücumu təşkil olunub"

Amerika Birləşmiş Ştatlarının Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi Niki Heyli (Nikki Haley) Rusiya və Əsəd rejiminin İdlibə 100-dən çox hava əməliyyatının təşkil etdiyini bildridi.

1048045
Niki Heyli: "İdlibə yüzdən çox hava hücumu təşkil olunub"

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Rusiyanın təşəbbüsü ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiyanın dövlət başçısı Vladimir Putin və İran prezidenti Həsən Ruhaninin Tehranda keçirdikləri üçtərəfli zirvə görüşünün nəticələrini və İdlibdəki prosesləri müzakirə etmək üçün toplantı keçirdi.

ABŞ-ın BMT-dəki daimi nümayənədəsi Niki Heyli (Nikki Haley) burada çıxış edərək: "Rusiya, İran və Əsəd rejimi məsələnin siyasi həllində maraqlı deyillər. Rusiya və Əsəd rejimi İdlibə 100-dən çox hava əməliyyatı təşkil ediblər" dedi.

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasiliy Nebenzya da şuranıTehran  görüşünün nəticələri haqqında məlumatlandırdı.

Nebenzya İdlibdə on minlərlə Əl Nusra və terror təşkilatı DEAŞ üzvünün olduğunu ifadə edərək Rusiya, İran və Türkiyənin Suriyada terror təşkilatlarını məhvetmə məsələsində həmfikir olduqlarını bəyan etdiklərini söylədi.

Nebenzya: "Siyasi həllə qərar verən silahlı müxalifəti təcili olaraq terrorçulardan ayırmağa ehtiyac var və bu çağırış beynəlxalq ictimaiyyətin bütün üzvlərinə ünvanlanıb" dedi.

Tehranda keçirilən zirvə görüşündə Suriyanın bərpası məsələsinin də müzakirə olunduğunu və şərtlərin buna uyğun olduğunu söyləyən Nebenzya Suriyada humanitar yardıma, minaların təmizlənməsinə və infrastrukturun yenidən yaradılmasına ehtiyac olduğunu, lakin Qərbin bu mövzuda siyasi şantaj tətbiq etdiyini söylədi.

Rusiya nümayəndəsi: "Suriya hökuməti təhlükəsizlik qarantiyasını verdi. Suriyalı qaçqınların geri dönməsi üçün Türkiyə və İran ilə beynəlxalq bir kofransın keçirilməsinə çalışırıq" dedi.

Nebenzya zəmanətçi ölkələrin növbəti toplantısının Rusiyada olacağını bildirdi.

 

 

 

 



Әlaqәli Xәbәrlәr