Jan İv Le Drian: ‘‘Suriyadakı vәziyyәt hәm humanitar, hәm dә hәrbi baxımdan çox gәrgindir’’

Fransa Xarici İşlәr naziri Jan İv Le Drian Suriyanın İdlib şәhәrindәki vәziyyәtә görә narahat olduqlarını bildirib.

1044819

Bölgәdәki vәziyyәtin kritik olduğunu vurğulayan Le Drian deyib: ‘‘Suriyadakı vәziyyәt hәm humanitar, hәm dә hәrbi baxımdan çox gәrgindir’’.

Jan İv Le Drian Yunanıstana etdiyi sәfәri çәrçivәsindә bu ölkәnin XİN rәhbәri Nikos Kosiasla birgә mәtbuat konfransı keçirib.

Le Drian ölkәsinin İdlibә kimyәvi silahla hücum edilәcәyi tәqdirdә müdaxilә edib-etmәyәcәyi ilә bağlı verilәn suala: ‘‘Fransanın beynәlxalq müqavilәlәr ilә bağlı mövqeyindә hәr hansı dәyişiklik yoxdur’’ cavabını verib.

Mәsәlәnin siyasi yolla hәll edilmәsinin vacibliyini vurğulayan Le Drian bildirib ki, İdlibdә hazırda 3 milyon dinc sakin, 700 min qaçqın vә minlәrlә terrorçu var.

Qeyd edәk ki, Le Drian daha sonra Yunanıstan Baş naziri Aleksis Çiprasla da görüşüb.

Әlaqәli Xәbәrlәr