Mayk Pompeo Rusiyaya xәbәrdarlıq etdi

ABŞ dövlәt katibi Mayk Pompeo İdlibdəki son vəziyyətlə bağlı ‘‘Twitter’’  sәhifәsindәn açıqlama verib.

1041135
Mayk Pompeo Rusiyaya xәbәrdarlıq etdi

ABŞ dövlәt katibi Mayk Pompeo İdlibdəki son vəziyyətlə bağlı ‘‘Twitter’’  sәhifәsindәn açıqlama verib.
Rusiyaya İdlib ilә bağlı xəbərdarlıq edən Pompeo  bunları deyib:
"Sergey Lavrov  İdlibə Suriya və Rusiyanın edəcəyi hücumu müdafiə edir. Ruslar və Əsəd buna yol verməmək mövzusunda razılaşmışdılar. ABŞ bunu onsuz da təhlükəli bir qarşıdurmanın qızışması kimi görür. Onsuz da evlərini tərk etmək məcburiyyətində qalan və hazırda İdlibdə olan 3 milyon suriyalı bu hücuma görə əziyyət çəkəcəklər. Bu yaxşı deyil. Dünya bunu izləyir".

Qeyd edәk ki, ABŞ Dövlәt Departamentinin sözçüsü Hezır Noert  ötәn gün keçirdiyi mәtbuat konfransında Bәşәr Әsәd rejiminin hücumunun İdlibdәki vәziyyәti daha da pis hala gәtirәcәyini qeyd etmişdi.



Әlaqәli Xәbәrlәr