Atom Enerjisi üzrə Beynəlxalq Agentlik: İran nüvə müqavilənin şərtlərinə əməl edir

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik İranın Əhatəli Birgə Əməliyyat Planı (KOEP) olaraq adlandırılan nüvə müqavilənin şərtlərinə əməl etdiyini bildirdi.

1040449

Agentliyin İranın nüvə fəaliyyətlərinə dair hazırladığı hesabatda mütfəttişlərin nüvə saziş və əlavə protokollar çərçivəsində İranda nəzarət edilməli bütün təsislərə daxil olmasına imkan yaradıldığına diqqət çəkilib.

Müfəttişlər rəsmi Tehranın ağır su və aşağı zəviyyədə zənginləşdirilmiş uran ehtiyatlarının  müqavilə çərçivəsində müəyyən edilən sərhədlər daxilində qaldığını təsdiqləyib.

Qeyd edək ki, İran ilə BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü (ABŞ, İngiltərə, Çin, Fransa və Rusiya) ilə Alminaya arasında KOEP olaraq adlandırılan nüvə müqavilə 14 iyul 2015-ci il tarixində Avstriyanın paytaxtı Vyanada imzalanıb.

ABŞ prezidenti Tramp ölkəsini İran ilə imzalanan nüvə müqaviləsindən çıxararaq Tehrana təktərəfli embarqo qərarlarını avqustun 7-də işə daxil etdi.

Әlaqәli Xәbәrlәr