"ABŞ-la münasibətləri gözdən keçirməyin vaxtı gəlib", H.Maas

Almaniya Xarici İşlər naziri Heiko Maas Avropanı Amerika Birləşmiş Ştatlarının Türkiyə, Rusiya, Çin və digər mühüm iqtisadi tərəfdaşlara qarşı sanksiyalarına reaksiya göstərməyə çağırdı.

1038418
"ABŞ-la münasibətləri gözdən keçirməyin vaxtı gəlib", H.Maas

  Almaniyanın xəbər agentliyi DPA-ya müsahibə verən H.Maas deyib:

  “Rəsmi Vaşinqton Avropa və Almaniyanı maraqlandıran sanksiya siyasətinə cavab verilməsi məsələsində ölkələrimizi qıcıqlandırır. Türkiyə, Rusiya, Çinə tətbiq edilən və bəlkə də gələcəkdə bir başqa əhəmiyyətli ticarət tərəfdaşlarımıza tətbiq ediləcək son dərəcə plansız və qaydasız sanksiyalara görə ABŞ-a reaksiya göstərməliyik. ABŞ-la münasibətləri gözdən keçirməyin vaxtı gəlib.

  Oktyabrın 3-dən ABŞ-da başlayacaq “Almaniya ili”də Amerika rəhbərliyinə yeni siyasətimizi göstərməliyik. Transatlantik tərəfdaşlığına şüurlu və özünütənqidə faydalı şəkildə baxmalıyıq.”

  ABŞ-ın keçmiş rusiyalı agenti Sergey Skripal və qızının zəhərlənməsində Moskvanın əli olduğu iddiası ilə Rusiyaya gətirdiyi yeni sanksiyalar 27 avqustdan qüvvəyə minir. Sanksiya paketinə görə, Rusiyaya təcili humanitar yardımdan başqa, hər cür xarici yardımın göstərilməsi, silah, hərbi, mülki məqsədlərlə istifadə edilən məhsulların ixracı qadağan olunur. Paketdə həmçinin Rusiyaya heç bir qurum, agentlik tərəfindən və ya ABŞ hökumətindən kredit, kredit zəmanəti və ya maliyyə dəstəyi təmin olunmaması qeyd edilib.



Әlaqәli Xәbәrlәr