Çindən Cənubi Koreya və Şimali Koreya arasında zirvə toplantısına dəstək

Çin Cənubi Koreya və Şimali Koreyanın gələn ay Pxenyanda liderlər sammiti təşkil etmək barəsindəki qərarını məmnuniyyətlə qarşıladı.

1032546
Çindən Cənubi Koreya və Şimali Koreya arasında zirvə toplantısına dəstək

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lu Kang verdiyi yazılı açıqlamada Cənubi Koreya və Şimali Koreyanın Pxenyanda gələn ay liderlərin zirvə toplantısı təşkil etmək barəsində qərar qəbul etmələrini məmnuniyyətlə qarşıladıqlarını bildirərək, iki tərəfin bu mövzudakı səylərini təqdir etdiklərini vurğuladı.

"Cənubi Koreya və Şimali Koreya liderlərinin Pxenyan görüşünün problemsiz baş tutmasına və müvəffəqiyyətli nəticələr əldə etməsinə ümid edirik" ifadəsini işlədən Lu bu görüşün Koreya yarımadasının nüvə silahından təmizlənməsi və siyasi həll prosesinə kömək edəcəyinə inandıqlarını qeyd etdi.

Qeyd edək ki, iki ölkənin sərhədində yerləşən Panmunjon Atəşkəs Kəndində ötən gün görüşən Cənubi Koreya və Şimali Koreya rəsmiləri gələn ay Pxenyanda Cənubi və Şimali Koreyalar arasında zirvə toplantısının təşkil olunması barəsində razılığa gəliblər.

Toplantının keçiriləcəyi tarix barəsində məlumat verilməyib.



Әlaqәli Xәbәrlәr