“B.Britaniyanın Aİ-dan ayrılması mövzusunda hər kəs xaosa hazır olmalıdır”

Avropa İttifaqı mövqeyini dəyişdirməsə, B.Britaniyanın Aİ-dan ayrılması mövzusunda hər kəs xaosa hazır olmalıdır. Bunu Böyük Britaniya Xarici işlər naziri Jeremy Hunt deyib.

1032628
“B.Britaniyanın Aİ-dan ayrılması mövzusunda hər kəs xaosa hazır olmalıdır”

Nazir Hunt dünən Finlandiyaya reallaşdırdığı səfər çərçivəsində paytaxt Helsinkidə həmkarı Timo Soini ilə bir araya gəlib.

Hunt danışıqlardan sonra verdiyi açıqlamada "Brexit riski son dövrdə daha da artıb. Razılıq əldə ediləcəyinə dair inam zəyifdir”.

Britaniya Xarici işlər naziri Hunt vurğulayıb ki, Avropa İttifaqı Komissiyasının mövqeyində dəyişiklik müşahidə etməliyik. Hər kəs xaotik Brexit ixtilafına hazır olmalıdır. Biz Brexiti pozmamaq üçün lazımlı addımları atdıq. Məsələnin güclü razılaşma çərçivəsində həll olmasını arzulayırıq”-deyə Hunt qeyd edib.

Hunt, Finlandiyadakı səfərindən sonra Latviya, Danimarka və Hollandiyaya gedəcək. O, bu ölkələrə səfəri çərçivəsində həmkarları ilə görüşəcək.



Әlaqәli Xәbәrlәr