Taliban hәrbi bölmәyә hücum etdi, ölәn vә yaralanan var

Taliban qruplaşması Әfqanıstanın şimalındakı Faryab vilayәtinin Gormaç qәsәbәsindәki hәrbi bölmәyә hücum edib.

1031751
Taliban hәrbi bölmәyә hücum etdi, ölәn vә yaralanan var

Taliban qruplaşması Әfqanıstanın şimalındakı Faryab vilayәtinin Gormaç qәsәbәsindәki hәrbi bölmәyә hücum edib.

Ölkәnin şimalındakı 209-cu Şahin Korpus Komandanlığının sözçüsü Hanif Rezai silahlıların hәrbi bölmәyә hücum edәrәk  nәzarәtinә keçirdiyini bildirib.

Hәrbi bölmәdә 70 әsgәrin olduğunu deyәn Rezai hücum nәticәsindә 20-dәn çox ölәn vә yaralananın olduğunu qeyd edib. Digәr әsgәrlәrin isә girov götürüldüyü bildirilir.

Taliban isә hәrbi bölmәdә daha çox әsgәrin olduğunu iddia edәrәk 43 hәrbçinin öldüyünü, 17-nin yaralandığını vә 57-nin dә girov götürüldüyünü bildirib.

Tәşkilatın dünәn ölkәnin şimal-şәrqindә yerlәşәn Ay Hanım gömrük mәntәqәsinә tәşkil etdiyi hücum nәticәsindә 12 tәhlükәsizlik xidmәti әmәkdaşı hәlak olmuşdu.



Әlaqәli Xәbәrlәr