Melania Trampın boşanmaq üçün gün saydığı iddia edildi

ABŞ prezidenti Donald Trampın keçmiş köməkçisi Omarosa Nyuman Ağ Evdəki günlərini qələmə aldığı yeni kitabında Melania Trampın həyat yoldaşından boşanmaq üçün gün saydığını iddia etdi.

1031869
Melania Trampın boşanmaq üçün gün saydığı iddia edildi

ABŞ prezidenti Donald Trampın keçmiş köməkçisi Omarosa Nyuman Ağ Evdəki günlərini qələmə aldığı yeni kitabında Melania Trampın həyat yoldaşından boşanmaq üçün gün saydığını, həyat yoldaşını cəzalandırmaq üçün də passiv aqressiv ruh halını əks etdirən paltarlar seçdiyini iddia etdi.
 
Melania Trampın həyat yoldaşını utandırmaq üçün qəsdən qeyri-adi paltarlar geyindiyini yazan Nyuman:"Melania Trampın geyindiyi qiyafətlərə baxdıqda stilindəki üsyankarlıq tək bir məqsədə xidmət edir. Melanianın stilini həyat yoldaşını cəzalandırmaq üçün istifadə etdiyinə inanıram" deyə, bildirdi.

Nyuman Trampın öz səhvlərini düzəltmək üçün arvadını zorla qaçqınların qaldığı mərkəzə apardığını, o səbəblə də Melania Trampın üstündə "I really don’t care" (Həqiqətən vecimə deyil) yazılı bir pencək geyindiyini qeyd etdi.

Trampın evliliyinin uçurumun kənarında olduğunu və Melania Trampın həyat yoldaşının prezidentlik müddəti bitən kimi boşanmaq istədiyini iddia edən Nyuman kitabında:"Mənə görə, Melania həyat yoldaşının vəzifə müddətinin bitməsi üçün dəqiqələri sayır ki, ondan boşansın" ifadəsinə yer verdi.

Qeyd edək ki, Ağ Evdəki az sayda afro-amerikalılardan biri olan Nyuman Trampın seçki kampaniyasında vəzifə almış, seçildikdən sonra Trampın köməkçisi olmuşdu.

Nyuman Ağ Evdəki günlərini qələmə aldığı yeni kitabında Trampı "irqçi" olmaqda günahlandırmış, Trump isə iddiaları təkzib etmişdi.



Әlaqәli Xәbәrlәr