Venesuelada müxaliflərin toxunulmazlığı ləğv edildi

Venesuela parlamneti prezident Nİkolas Maduroya suiqəsd cəhdində şübhəli bilinən parlamentin sabiq sədri və müxalifət lideri Julio Borgesin və müxalifətdən olan deputat  Juan Requesensenin toxunulmazlığını ləğv etdi.

1028773

Parlementdə Kolumbiyada yaşayan Borges və hələ də həbsdə olan Requesensenin toxunulmazlığının ləğvinə yekdilliklə səs verildi.

Parlamentin sədri Diosdado Cabello Borges və  Requesensin suiqəsd cəhdi ilə əlaqəsindən bəhs edərək: "Bu iki şəxsin suiqəsd cəhdində əli olduğu düşünülür. Ədalət bərqərar olacaq" dedi.

Baş prokuror Tarık William Saab da hadisə ilə 19 nəfərin əlaqədar olduğunun müəyyən edildiyini açıqladı.

Әlaqәli Xәbәrlәr