ABŞ "Novichok"a görə Rusiyaya sanksiya tətbiq edəcəyini bildirdi

Amerika Birləşmiş Ştatları Rusiyanın ikili agent Sergey Skripal və qızı Yuliya Skripalın İngiltərənin Salisbari (Salisbury) şəhərində "Novichok" maddəsi ilə zəhərləmə təşəbbüsü ilə bağlı Rusiyaya sanksiya tətbiq edəcək.

1028697
ABŞ "Novichok"a görə Rusiyaya sanksiya tətbiq edəcəyini bildirdi

  ABD Dövlət Departamentinin sözcüsü Hizer Nauert (Heather Nauert) verdiyi yazılı açıqlamada bildirib: “İngiltərə vətəndaşı Sergey Skripal və qızı Yuliya Skripala qarşı “Novichok” adlı “sinir qazı sui-qəsd cəhdi”ndən sonra ABŞ hökuməti 2018-ci ilin 6 avqustunda 1991-ci il “Kimyəvi və bioloji silahların nəzarəti və aradan qaldırılması qanunu” çərçivəsində Rusiya Federasiyası hökumətinin beynəlxalq hüququ pozaraq öz vətəndaşlarına qarşı kimyəvi (və ya bioloji) silah istifadə etdiyini təsbit etmişdir. Konqres bu barədə məlumatlandırılmış və 15 gündən sonra bu məsələ ilə bağlı tətbiq olunacaq sanksiyalar avqustun 22-də rəsmi qəzetdə çıxacaq.”  

  Xatırladaq ki, İngiltərə xarici kəşfiyyat xidməti MI6 üçün çalışdığı ortaya çıxarkən Rusiyada məhkum edilən agent Sergey Skripal və qızı 4 martda Salisbaridə bir bankda huşlarını itirmiş vəziyyətdə tapılmışdı. Xəstəxanadan çıxan ata və qızın müalicələrinə evdə davam ediləcəkdi.  

  İngiltərə Skripal və qızının zəhərlənməsində Rusiya tərəfindən emal edildiyi irəli sürülən, hərbi xarakterli və sinir sistemi üzərində təsirli kimyəvi maddənin istifadə edildiyini qətiyyətlə bildirmişdi. Bu maddə Sovet İttifaqı tərəfindən 1970-1980-ci illər arası buraxılan "Novichok" kimyəvi qrubundan olub.

  ABŞ-ın Rusiyaya qarşı sanksiya qərarından İngiltərə məmnuniyyət duyduğunu açıqlayıb.



Әlaqәli Xәbәrlәr