Avropanın sanksiyalara etirazı ABŞ-ı təkbaşına buraxdı

İranın Xarici İşlər naziri Cavad Zərif ABŞ-ın təktərəfli olaraq tərk etdiyi nüvə sazişinin mühafizə edilməsi barədə digər tərəf olan Avropa ölkələrinin (Almaniya, Fransa, İngiltərə) gözlədikləri nöqtədə olmasalar da doğru yolda olduqlarını söyləyib.

1028334

Cavad Zərif ölkəsinin mötəbər qəzetlərindən “İran Gazetesi”nə müsahibəsində nüvə sazişin tərəfdaşı olan Avropa ölkələrinin İrandan neft alan ölkələrlə təkbətək görüşərək “ABŞ sanksiyalarını nəzərdə tutmadan idxalı davam etdirmələri barədə təlqin etdiyini” bildirib.

Avropanın ayrıca ABŞ-ın sanksiya qərarlarına baxmayaraq İran Mərkəzi Bankının Avropa bankları ilə işlərini asanlaşdırma mövzusunda da cəhdlərini davam etdirdiyini vurğulayan Zərif deyib ki, Avropanın sanksiyalara etiraz etməsi ABŞ-ı təkbaşına buraxdı.

ABŞ-ın noyabrın 5-də İranın neftinə embarqo qoyaraq bu ölkənin neft ixracını sıfıra endirməyi hədəf götürməsilə əlaqəli suala cavab verən Zərif deyib ki,  amerikalılar bu yektinlikdən uzaq və mümkün olmayan xəyalları xatırlamaq istəyirlərsə qətiyyətlə bunun nəticələrini də bilirlər. “İran neft ixrac edə bilməyəcək halda olanda digərləri ixrac edəcək,” əlbəttə belə bir vəziyyətin ortaya çıxması qeyri-mümkündür.

Әlaqәli Xәbәrlәr