Mayk Pompeo ilə Sergey Lavrov arasında telefon danışığı olub

ABŞ-ın dövlət katibi Mayk Pompeo rus həmkarı Sergey Lavrovla telefonla danışıb.

1005557
Mayk Pompeo ilə Sergey Lavrov arasında telefon danışığı olub

ABŞ-ın dövlət katibi Mayk Pompeo rus həmkarı Sergey Lavrovla telefonla danışıb.

İki həmkar ABŞ prezidenti Donlad Tramp və Rusiya prezidenti Vladimir Putinin iyulun 16-da Finlandiyanın paytaxtı Helsinkidə keçirəcəyi görüşü müzakirə edib.

ABŞ Dövlət Departamentinin sözçüsü Hizer Noyert  Pompeo və Lavrovun telefon daşığı ilə əlaqəli açıqlamasında bildirib ki, iki həmkarın telefon görüşündə ölkə prezidentlərinin gələcək günlərdə keçirəcəyi görüş ilə Suriya və Şimali Koreya mövzuları müzakirə olundu.

Digər tərəfdən Tramp və Putinin keçirəcəyi zirvədən əvvəl ABŞ Konqresinin bir qrup üzvü iki ildən sonra ilk dəfə rəsmi görüşlər keçirmək məqsədilə Moskvaya səfər edib.

30 iyunda Sank Peterburqda Rusiya səfərini başladan senatorlar dünən Moskvada Lavrovla görüşüblər.

Lavrov səfərin iki ölkə parlamentləri arasındakı əlaqələri normallaşdırmasına ümid etdiyini bildirib.   

Qeyd edək ki, Ağ Ev keçən həftə Tramp və Putinin 16 iyulda Helsinkidə bir araya gələcəyini bildirdi və liderlərin görüşdə ABŞ ilə Rusiya arasındakı əlaqələrlə yanaşı milli təhlükəsizlik mövzularını müzakirə edəcəyini açıqladı.



Әlaqәli Xәbәrlәr