Meksikada Andres Manuel Lopes Obrador qalib gəldi

Meksikada prezident seçkilərində 48 faiz seçici səsi toplayan sol koalisiya qüvvələrindən prezidentliyə namizəd Andres Manuel Lopes Obrador qalib gəldi.

1003549

Əhali sayı 130 milyona yaxınlaşan və 89 milyondan artıq seçicinin olduğu Latın Amerikası ölkəsi Meksikada seçici fəallığı 62 faiz olub.

Obradorun üç rəqibinin hər biri onu seçkilərdə qalib gəlməsi münasibətilə təbrik edib. Onlardan biri - Xose Antonio Mid məğlubiyyətini etiraf edib. O, Lopes Obradora uğurlar arzulayıb.

Obradorun rəqiblərindən Rikardo Anaya Kortes 27, Xose Antonio Mid Kuribrena 17, Came Rodrigez Kaleron isə 6 faiz seçisi səsi toplayıb.

Artıq bir sıra dövlət başçıları, o cümlədən ABŞ prezidenti Donald Tramp, habelə Venesuelanın dövlət başçısı Nikolas Maduro Lopes Obradoru seçkilərdə qalib gəlməsi münasibətilə təbrik edib.

Әlaqәli Xәbәrlәr