ABŞ-da qəzet redaksiyasına silahlı hücum: ən azı 5 ölü

Amerika Birləşmiş Ştatlarında paytaxt Vaşinqtona 1 saatlıq məsafədə yerləşən Annapolis şəhərində "Capital Gazette" adlı yerli qəzetin redaksiyasına silahlı hücum təşkil olundu.

1002046

 Merilend meri Larri Hoqan hücumda çox sayda ölü və yaralının olduğunu açıqladı, lakin təhqiqat yeni başladığı üçün ölü sayı haqqında indiki mərhələdə məlumat verə bilməyəcəyini bildirdi.
 
 Polis rəsmisi də təcavüzkar olduğu düşünülən bir şübhəlinin nəzarətə götürüldüyünü qeyd etdi.  

ABŞ mediasına müsahibə verən və adı açıqlanmayan polis səlahiyyətliləri isə, qəzet binasına girən silahlı təcavüzkarın ən azı 5 nəfəri öldürdüyünü açıqlayıblar.
 
 Xəbərlərdə əks olunan iddialara görə, qəzetin xəbər otağına girən təcavüzkar xəbər redaktoru da daxil olmaqla, çox sayda işçini hədəf alıb.
 
Ağ Ev ABŞ prezidenti Donald Trumpın hücumla bağlı məlumat aldığını və qurbanların yaxınlarına başsağlığı verdiyini açıqladı.
 
Әlaqәli Xәbәrlәr