Donald Tramp Avropa səfərində Vladimir Putinlə görüşə bilər
ABŞ prezidenti Donald Tramp iyul ayında Avropaya edəcəyi səfər zamanı Rusiyanın dövlət başçısı Vladimir Putin ilə görüşə biləcəyini açıqladı.
ABŞ prezidenti Donald Tramp iyul ayında Avropaya edəcəyi səfər zamanı Rusiyanın dövlət başçısı Vladimir Putin ilə görüşə biləcəyini açıqladı.
Ağ Sarayda Portuqaliya prezidenti Rebelo də Sousa ilə görüşən Tramp Oval Ofisdə mətbuat nümayəndələrinin gündəmə dair suallarını cavablandırdı.
Putin ilə görüşün "yaxşı bir şey" olduğunu qeyd edən Tramp: "Prezident Putin ilə Ağ Evin Milli Təhlükəsizlik Məsələləri üzrə məsləhətçi Con Bolton (John Bolton) görüşdü. Hələ ki, bu görüşə dair geniş məruzə edilməyib. Lakin hər zaman dediyim şey budur: Rusiya və Çinlə görüşmək dünya üçün yaxşı bir şeydir. Avropaya səfərimdə görüşə bilərik. Suriya və Ukrayna məsələlərini müzakirə edərik" dedi.
Әlaqәli Xәbәrlәr
Dünyanın ən böyük hava limanı tikilir
Bunu Dubay Əmiri, BƏƏ-nin baş naziri Şeyx Məhəmməd ibn Rəşid əl-Məktum deyib
“Gözəgörünməz köpəkbalığı” sualtı qayığı
Avstraliya artıq gələcəyin sualtı qayığına çevrilə biləcək qeyri-adi modelin prototipini işə salıb