Makedoniya prezidenti Yunanıstanla ad məsələsi ilə bağlı olan razılaşmanı imzalamadı
Makedoniya prezidenti George İvanov Yunanıstan ilə Makedoniya arasındakı ad probleminin həllinə dair razılaşmanı imzalamayacağını açıqladı.
Makedoniyanın Prezident Aparatından verilən məlumatda, ölkə prezidenti George İvanovun Makedoniyanın adının "Şimali Makedoniya Respublikası" olaraq dəyişdirilməsini nəzərdə tutan və Makedoniya parlamentində 20 iyunda təsdiq olunan razılaşmanı imzalamayacağını bildirdi.
İvanov prezident olaraq vəzifəsini Makedoniya Kostitusiyası, qanunlar və ölkənin mənfəətləri istiqamətində yerinə yetirdiyini vurğulayıb və belə deyib: "Bu üzdən Yunanıstan ilə Makedoniya arasındakı ad məsələsi ilə bağlı razılaşmanı imzalamamağa qərar verdim".
Qeyd edək ki, Makedoniya parlamenti Yunanıstan ilə uzun illər yaşanan ad probleminin həlli ilə bağlı iyunun 17-də imzalanan və ölkənin adının "Şimali Makedoniya Respublikası" olaraq dəyişdirilməsini nəzərdə tutan razlaşmanı iyunun 20-də təsdiq etmişdi.
Әlaqәli Xәbәrlәr
Dünyanın ən böyük hava limanı tikilir
Bunu Dubay Əmiri, BƏƏ-nin baş naziri Şeyx Məhəmməd ibn Rəşid əl-Məktum deyib
“Gözəgörünməz köpəkbalığı” sualtı qayığı
Avstraliya artıq gələcəyin sualtı qayığına çevrilə biləcək qeyri-adi modelin prototipini işə salıb