İsrail əsgərləri 18 fələstinlini yaralayıb

İordan çayının qərb sahilində İsrail əsgərlərilə fələstinlilər arasında baş verən toqquşmada 1 nəfər həqiqi, 17 nəfər isə plastik güllə ilə xəsarət alıb.

999660
İsrail əsgərləri 18 fələstinlini yaralayıb

İordan çayının qərb sahilində İsrail əsgərlərilə fələstinlilər arasında baş verən toqquşmada 1 nəfər həqiqi, 17 nəfər isə plastik güllə ilə xəsarət alıb.

İordan çayının qərb sahilində bir qrup yəhudi sakin dini ayinlərini yerinə yətirmək məqsədilə “Yusif türbəsi”nə hücum edib. Bu hadisə zamanı fələstinlilərlə İsrail əsgərləri arasında toqquşma yaranıb.

Şahidlər İsrail əsgərlərinin toqquşmalar zamanı iki fələstinlini saxladığını bildiriblər.

Qeyd edək ki, Nablusun şərqində yerləşən “Yusif türbəsi” yəhudilər tərəfindən müqəddəs məkan kimi qəbul edilir. Yuhidilər Hz. Yusifin sümüklərinin Misirdən gətirilib burada dəfn edildiyinə inanır.

Fələstinli tarixi əsər mütəxəssisləri isə türbənin bir neçə əsrlik tarixi olduğunu və Hz. Yusifə deyil Yusif Duveykat adlı bir alimə məxsus olduğunu iddia edirlər.



Әlaqәli Xәbәrlәr