Zimbabve prezidentinə sui-qəsd edilib

Şənbə günü naməlum şəxslər tərəfindən Zimbabve prezidenti Emmerson Mnanqaqvaya sui-qəsd edilib.

998171
Zimbabve prezidentinə sui-qəsd edilib

Şənbə günü naməlum şəxslər tərəfindən Zimbabve prezidenti Emmerson Mnanqaqvaya sui-qəsd edilib.

Bu barədə Zimbabve Prezident Aparatının mətbuat katibi məlumat verib.

Məlumata əsasən, dövlət başçısı hadisə nəticəsində xəsarət almayıb. “Hadisə Bulavayo şəhərində prezident mitinqdə çıxış edərkən baş verib. Hazırda dövlət başçısı təhlükəsiz yerdədir”, - deyə prezidentin mətbuat katibi bildirib.

Qeyd edək ki,  hadisə nəticəsində xəsarət alanlar olub. Onların arasında vitse-prezident və bir neçə nazir var.



Әlaqәli Xәbәrlәr