HƏMAS-ın sözçüsü BMT-nin Orta Şərq üzrə sülh prosesi koordinatorunun adələtli olmasını istədi

HƏMAS BMT-nin Orta Şərq üzrə sülh prosesi koordinatoru Nikolay Mladenovun İsrail tərəfdarı mövqeyini tərk edərək Fələstin xalqına qarşı adələtli olmasını istəyib.

998588

HƏMAS-ın sözçüsü Fevzi Berhum verdiyi yazılı açıqlamada Mladevovun BMT Təhlükəsizlik Şurasında Qəzza zolağının vəziyyətilə əlaqəli etdiyi çıxışın tamamilə İsrail tərəfdarı olduğunu ifadə edib.  

Berhum deyib: “Mladenov beynəlxalq hüququn nümayəndəsi adından çıxış edir, amma Qəzzadakı vəziyyətdən danışarkən beynəlxalq hüquq qaydalarını pozur. Beynəlxalq hüquq işğal altındakı xalqlara nümayiş və söz azadlığı ilə yanaşı işğala qarşı müqavimət göstərmə haqqı da verir. Mladenovun mövqeyi Orta Şərq üzrə sülh prosesi xüsusi koordinatoru olmasına uyğun gəlmir.”

İşğal dövləti İsrailin hər gün hərb cinayəti yaxud insanlığa qarşı işlənən cinayət xüsusiyyətində hücumları olduğunu, bunların başında isə 12 ildir Qəzza zolağına tətbiq edilən mühasirənin yer tutduğunu qeyd edən Berhum Mlavenovu Fələstin xalqı və işğal qurbanlarına qarşı ədalətli olmağa çağırıb.  

Әlaqәli Xәbәrlәr