Binyamin Netanyahu Cered Kuşnerlә görüşüb

Bu barәdә İsrail Nazirlәr Kabinetinin mәtbuat xidmәtindәn verilәn mәlumatda bildirilib.

997867
Binyamin Netanyahu Cered Kuşnerlә görüşüb

İsrailin baş naziri Binyamin Netanyahu ABŞ prezidenti Donald Trampın kürәkәni vә mәslәhәtçisi Cered Kuşnerin  (Jered Kushner) rәhbәrlik etdiyi nümayәndә heyәti qәbul edib.

Tәrәflәr  İsrail ilə Fələstin arasındakı sülh müzakirələrinin yenidən başlaması üçün ABŞ-ın hazırladığı "Əsrin Müqaviləsi"ni müzakirә edib.

Bu barәdә İsrail Nazirlәr Kabinetinin mәtbuat xidmәtindәn verilәn mәlumatda bildirilib.

Görüşdә  ABŞ-ın İsraildәki sәfiri Devid Fridman (Devid Friedman) vә Donald Trampın Orta Şәrq üzrә xüsusi nümayәndәsi dә iştirak edib.

Binyamin Netanyahu görüş zamanı  İsrailә verdiyi dәstәyә görә  ABŞ prezidenti Donald Trampa tәşәkkür edib.

Görüşdə İsrail ilə Fələstin arasındakı sülh müzakirələrinin yenidən başlaması üçün ABŞ-ın hazırladığı "Əsrin Müqaviləsi" və Qəzzadakı humanitar vəziyyət müzakirə olunub.



Әlaqәli Xәbәrlәr