Yəməndə 15 husi üsyançısı öldürülüb

Yəməndə ordu qüvvələrilə Husilər arasında yaranan qarşıdurmada 15 üsyançının öldürüldüyü bildirilib.

997098
Yəməndə 15 husi üsyançısı öldürülüb

Yəməndə ordu qüvvələrilə Husilər arasında yaranan qarşıdurmada 15 üsyançının öldürüldüyü bildirilib.

Yəmən Silahlı Qüvvələri İnformasiya Mərkəzinin məlumatına görə, Sirvah qəsəbəsinin şimalında ordunun nəzarətindəki bölgələrə sızmağa cəhd edən husi silahlıları ilə əsgərlər arasında yaranan qarşıdurma nəticəsində 15 husi üsyançısı öldürülüb.

Qeyd edək ki, Husilərin 2015-ci ilin aprel ayında ələ keçirdiyi Sirvah qəsəbəsi hökumət qüvvələrilə silahlı üsyançılar arasındakı şiddətli qarşıdurmalara səhnə olur.

Uzun müddətdir siyasi sabitsizliyin hökm sürdüyü Yəməndə qanuni hakimiyyəti dəvirən Husilər 2014-cü ilin sentyabr ayından bəridir paytaxt Sana və bəzi bölgələrə nəzarət edir. Səudiyyə Ərəbistanının başçılığındakı koalisiya qüvvələri isə 2015-ci ilin mart ayından etibarən hökumətə dəstək olur.


Etiketlәr: #Yəmən , #Husilər

Әlaqәli Xәbәrlәr