Boris Conson: "ABŞ-ın BMT İnsan Haqları Şurasından çıxma qərarı kədərləndiricidir"

İngiltərə Amerika Birləşmiş Ştatlarının BMT İnsan Haqları Şurasından çıxma qərarının kədərli olduğunu bildirdi.

995916
Boris Conson: "ABŞ-ın BMT İnsan Haqları Şurasından çıxma qərarı kədərləndiricidir"

İngiltərə Amerika Birləşmiş Ştatlarının BMT-nin İnsan Haqları Şurasından çıxma qərarının kədərli olduğunu bildirdi.

İngiltərə Xarici İşlər naziri Boris Conson (Boris Johnson) Vaşinqtonun BMT İnsan Haqları Şurasından çıxma barəsində açıqlamasını: "ABŞ-ın BMT İnsan Haqları Şurasından çıxma qərarı kədərləndiricidir" şəklində dəyərləndirdi.

Ölkəsinin şurada islahatlar aparılmasının tərəfdarı olduğunu bildirən Conson: "Şuranı gücləndirməyə çalışacağıq. İngiltərənin İnsan Haqları Şurasına dəstəyi davam edir və dəyişməz" dedi.

Qeyd edək ki, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli (Nİkki Haley) ötən gün ölkəsinin BMT İnsan Haqları Şurasından çıxdığını açıqlayaraq: "Bu şura adına layiq deyil" ifadəsini işlətmişdi.

Türkiyənin müşahidəçi dövlət statusunda olduğu, insan haqları məsələlərinin müzakirə olunduğu Cenvrə mərkəzli şuranın 47 üzvü vardır.

 

 

 



Әlaqәli Xәbәrlәr