Donald Tramp vә Kim Çen In arasında tarixi zirvə görüşü keçirilib

Danışıqlar Sentosa adasındakı “Kapella” hotelində keçirilib.

990574
Donald Tramp vә Kim Çen In arasında tarixi zirvə görüşü keçirilib

Sinqapurda ABŞ prezidenti Donald Tramp ilə Şimali Koreya  lideri Kim Çen In arasında tarixi zirvə görüşü keçirilib.

Danışıqlar Sentosa adasındakı “Kapella” hotelində keçirilib.

Mәlumata görә,  görüşdən əvvəl hər iki lider ABŞ və Şimali Koreya bayraqlarının qarşısında bir-birlərinin əlini sıxdıqdan sonra bərabər olaraq təkbətək görüşün keçiriləcəyi otağa keçiblər.

Görüşdən sonra hər iki lider mətbuat nümayəndələrinə qısa açıqlamalar verib.

Donald Tramp çox əhəmiyyətli bir görüş keçirdiklərini söyləyib. Kim Çen In isə “Buraya gəlmək asan olmadı. Maneələr vardı ancaq bunları aşaraq buraya gəlmişik”,- deyə bildirib.

Bundan əvvəl Ağ Ev görüşün 45 dəqiqə davam edəcəyini vә təkbətək görüşdən sonra danışıqların  geniş tərkibdə keçirilәcәyini bildirmişdi.



Әlaqәli Xәbәrlәr