Donald Tramp Kanada vә Fransa liderlәri ilә görüşdü
Әldә olunan mәlumata görә, Donald Tramp ilk olaraq Kanadanın baş naziri ilә bir araya gәlib
ABŞ prezidenti Donald Tramp Kanadada keçirilən “Böyük yeddilik” ölkələrinin liderlərinin sammiti çәrçivәsindә Fransa prezidenti Emmanuel Makron vә Kanadanın baş naziri Castin Trudo ilә görüşüb.
Әldә olunan mәlumata görә, Donald Tramp ilk olaraq Kanadanın baş naziri ilә bir araya gәlib. Görüş zamanı Donald Tramp bildirib ki, münasibәtlәrimiz çox yaxşıdır.Gömrük rüsumlarını azalmaq üçün çalışırıq. Bu prosesin necә davam edәcәyini görәcәyik.
Castin Trudo isә öz növbәsindә bu mәsәlәnin çox әhәmiyyәtli olduğunu vә iki ölkәnin maraqlarına ziyan vurmadan hәll edilmәsinin vacibliyini vurğulayıb.
Qeyd edәk ki, Donald Tramp daha sonra Fransa prezidenti Emmanuel Makronla görüşüb.
Görüşdә Amerika Birlәşmiş Ştatları İlә Avropa İttifaqı arasındakı gömrük rüsumu vә ticarәt mәsәlәlәri müzakitә olunub.
Әlaqәli Xәbәrlәr
Dünyanın ən böyük hava limanı tikilir
Bunu Dubay Əmiri, BƏƏ-nin baş naziri Şeyx Məhəmməd ibn Rəşid əl-Məktum deyib
“Gözəgörünməz köpəkbalığı” sualtı qayığı
Avstraliya artıq gələcəyin sualtı qayığına çevrilə biləcək qeyri-adi modelin prototipini işə salıb