Türkiyə Silahlı Qüvvələrinin Şimali İraqda terrorla mübarizəsi davam edir

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) İraqın şimalındakı terror təşkilatı PKK düşərgələrinə istiqamətli üç aydır davam edən əməliyyatında 155 terrorçu zərərsizləşdirildi.

987984
Türkiyə Silahlı Qüvvələrinin Şimali İraqda terrorla mübarizəsi davam edir

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) İraqın şimalındakı terror təşkilatı PKK düşərgələrinə istiqamətli üç aydır davam edən əməliyyatında 155 terrorçu zərərsizləşdirildi, 400 kvadrat kilometrlik sahə terrorçulardan azad edildi.

Terrorçulardan təmizlədiyi 23 kilometrlik sərhəd xətti boyunca 11 baza məntəqəsi yaradan TSQ həmin bazalarda həm terror təşkilatı PKK ilə çətin ərazi şərtlərində 24 saat müddətində mübarizə aparır həm də Türkiyəyə terrorçuların sızma təşəbbüslərinin qarşısını alır.

Əsgərlərimiz terror təşkilatı PKK-nın dırnaqarası “cəbhənin arxası logistik bazalar” olaraq adlandırdığı Hakruk və Armuş düşərgələri ilə Avaşin Basyan, Kani Rash, Bermize, Sidəkanı da əhatə edən fiziki şərtlərin ən çətin olduğu Bradost bölgəsinə nəzarəti tamamilə ələ keçirdi.  

Terror təşkilatı PKK üzvü terrorçuların həmin bölgələrdən Kandilə çəkildiyi və dırnaqarası yüksək səviyyəli idarəçilərinin də bölgəni tərk etdikləri öyrənildi.

Terrorçuların hücum və təcavüzlərinə dərhal və artıqlaması ilə cavab verərək, bölgədəki gücünü artıran əsgərlərimiz davam etdirdiyi əməliyyatlar çərçivəsində terrorçulardan təmizlədiyi bölgələrdəki mağara və sığınacaq yerlərində xeyli sayda partlayıcı və silah-sursat və xeyli miqdarda gündəlik ərzaq ələ keçirdi.

Digər tərəfdən Siirt şəhərinin Əruh qəsəbəsində terror təşkilatı PKK-ya istiqamətli  əməliyyatda 2 terrorçu zərərsizləşdirilib.

Bölgədə təhlükəsizlik qüvvələrinin əməliyyatları davam edir.



Әlaqәli Xәbәrlәr