Nikaraquada hökumət əleyhinə etirazlarda iki nəfər də həlak oldu
Nikaraquada aprel ayından bu yana davam edən hökumət əleyhinə etirazlar və zorakılıq hadisələri, ölkənin aparıcı turizm mərkəzi Qranada şəhərinə də keçdi, toqquşmalarda iki nəfər həlak oldu.
Nikaraquada aprel ayından bu yana davam edən hökumət əleyhinə etirazlar və zorakılıq hadisələri, ölkənin aparıcı turizm mərkəzi Qranada şəhərinə də keçdi, toqquşmalarda iki nəfər həlak oldu.
Nikaraqua Gölü sahilində qurulan tarixi şəhərdə etiraz və qarşıdurmalar zamanı hökumət evi yandırıldı, bəzi dükanlar talan edildi.
Nikaraqua İnsan Hüquqları Mərkəzi aprel ayından etibarən hökumət əleyhinə keçirilən aksiyalarda ölənlərin sayının 129-a çatdığını bildirdi.
Hükümə zorakılıq hadisələrinə görə aksiya iştirakçılarının məsuliyyət daşıdığını bildirir. Müxalifət isə hakimiyyət tərəfdarı olan silahlı dəstələrin küçələrdə etirazçılara atəş açdığını, gecələr şəhərdə qarətlər törətdiyini və xalqa təcavüz etdiyini iddia edir.
Aprel ayında hökumətin sosial müdafiə islahatlarına qarşı keçirilən etirazlar böyük miqyaslı kütləvi aksiyalara çevrilmişdi.
Etirazçılar dövlət başçısı Daniel Orteqanın və Sandinist Milli Qurtuluş Cəbhəsi (FSLN) hökumətinin istefasını tələb edirlər.
Әlaqәli Xәbәrlәr
Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı
Rusiya Donetsk vilayətindəki Novokalinovo qəsəbəsini nəzarətə götürdüyünü açıqlayıb.