Ağ Evin növbəti rəsmisi vəzifəsindən ayrıldı

Ağ Evin sözçüsü Rac Şah (Raj Shah) BBC-yə "Kelli Sadler artıq prezidentin idarəetmə ofisində vəzifə daşımır" deyə açıqlama verib.

987753
Ağ Evin növbəti rəsmisi vəzifəsindən ayrıldı

  Amerika Birləşmiş Ştatlarında Respublikaçılar Partiyasının mühüm adlarından biri, Arizona ştatının senatoru Con Makkeynin (John McCain) xəstəliyini ələ salan, buna görə tənqid edilən Ağ Ev rəsmisi Kelli Sadler (Kelly Sadler) vəzifəsindən ayrılıb.

  Ağ Evin sözçüsü Rac Şah (Raj Shah) BBC-yə "Kelli Sadler artıq prezidentin idarəetmə ofisində vəzifə daşımır" deyə açıqlama verib.

  Ağ Ev rəsmisi K.Sadler keçən ay Qina Haspelin (Gina Haspel) Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktorluğuna namizədliyini Senatda səsverməyə çıxarılmazdan əvvəl “Makkeyn (McCain) öləcəyi üçün ona verilən səsin bir mənası yoxdur” demişdi.

  Xatırladaq ki, Arizonada xərçənglə bağlı müalicə alan Respublikaçılar Partiyasının nüfuzlu adlarından olan 81 yaşlı C.Makkeyn K.Haspel üçün Senatın Baş Məclisində keçiriləcək səsvermədə "xeyir" dəyəcəyini açıqlamışdı.

  Baxmayaraq ki, “Hil” qəzeti K.Sadlerın xəbərlərdən sonra senatorun qızı Meqan Makkeynə (Meghan McCain) zəng edərək arayaraq üzr istədiyini bildirmişdi, amma Con Makkeyn ABC-nin "The View" proqramında ABŞ prezidenti Donald Trampın müavinlərindən olan Sadlerın vəzifəsindən çıxarılmasının lazım olduğunu demişdi.

  Ağ Ev açıqlamasında həm də "Senator Makkeynə bu ölkəyə xidmətlərinə hörmət edir və bu çətin zamanında ona və ailəsinə dua edirik" sözlərini qeyd edib.



Әlaqәli Xәbәrlәr