İordaniyanın baş naziri istefa verdi

Ölkənin “Düstur” qəzetində çıxan xəbərə görə...

985604
İordaniyanın baş naziri istefa verdi

  İordaniyanın baş naziri Hani el-Mulki mübahisəli vergi qanununa qarşı təşkil olunan intensiv etirazlardan sonra istefa verdi.

  Ölkənin “Düstur” qəzetində çıxan xəbərə görə, Kral Abdullaya istefa ərizəsini verən H.Mulki hökumətindəki nazirlərdən də istefalarını təqdim etmələrini istəyib.

  Kral Abdulla Mulkinin istefasından sonra Ömər er-Rezzaza yeni hökuməti qurmağı tapşırıb. Bundan əvvəl Ö.Rezzaz Təhsil naziri vəzifəsini icra edirdi.

  Qeyd edək ki, İordaniya hökuməti mübahisəli vergi qanun layihəsini 21 mayda imzalayaraq parlamentin birinci qanadı Nümayəndələr Məclisinə göndərmişdi. Beynəlxalq Valyuta Fondunun diktəsi kimi görünən layihə xalq tərəfindən narazılıqla qarşılanmış, paytaxt Ammanla yanaşı İrbid, Tafila, el-Kerak, er-Remse və Maan şəhərlərində mitinqlər təşkil olunmuşdu.



Әlaqәli Xәbәrlәr