" Şimali Koreya ilə müzakirələr müsbət istiqamətdə irəliləyir", M.Pompeo

ABŞ dövlət katibi Mayk Pompeo Şimali Koreya ilə müzakirələrin müsbət istiqamətdə irəlilədiyini söyləyib.

983690
" Şimali Koreya ilə müzakirələr müsbət istiqamətdə irəliləyir", M.Pompeo

ABŞ dövlət katibi Mayk Pompeo Şimali Koreya ilə müzakirələrin müsbət istiqamətdə irəlilədiyini söyləyib.

Pompeo Şimali koreyalı yüksək səviyyəli rəsmi Kim Yonq-çol ilə keçirdiyi görüşdə irəliləyiş olduğunu bildirib, ancaq iki ölkə liderləri arasındakı görüşün keçirilib keçirilməyəcəyinə dair məlumat verməyib.

Dövlət katibi Pompeo Şimali koreyalı rəsmilər Nyu-Yorkda 90 dəqiqəyə yaxın davam edən görüşdən sonra verdiyi açıqlamada deyib “ Bu görüşlərdən sonra doğru istiqamətdə irəlilədiyimizə inanıram. Şimali koreyalı rəsminin məktubunu Trampa çatdırmaq üçün Vaşinqtona getməyi planlaşdırıram. Zirvə yığıncağının uğurlu olması ABŞ-a və Şimali Koreyaya sülh, rifah və təhlükəsizlik gətirəcək. Bu fürsətin bada verilməsi böyük faciə olar. Danışıqlarda ABŞ-ın məqsədinin Koreya yarımadasının  tamamilə nüvə silahlardan təmizlənməsi olduğunu çox dəqiq şəkildə çatdırdım.

Kim Çin İnin nüvə silahları tərk edəcəyi halda Şimali Koreyanı aydınlıq bir yolun gözlədiyini qeyd edən Pompeo həyatda bir dəfə ələ keçəcək bu fürsətdən istifadə edilməsi və danışıqların uğurlu olmasının “tarixi” qələbə olacağını ifadə edib.  



Әlaqәli Xәbәrlәr