ABŞ-dan Çinə viza məhdudiyyəti

ABŞ rəhbərliyi Çindən edilən viza müraciətlərində iyunun 11-dən etibarən təhlükəsizlik tədbirlərini artıracaq.

981710
ABŞ-dan Çinə viza məhdudiyyəti

ABŞ rəhbərliyi Çindən edilən viza müraciətlərində iyunun 11-dən etibarən təhlükəsizlik tədbirlərini artıracaq.

Mövzu barəsində prezident Donlad Tramp rəhbərliyindən hələ də açıqlama verilməyib, ancaq ABŞ Dövlət Katibliyinin yüksək səviyyəli bir rəsmisi ali təhsil vizalarının məhdud ediləcəyini söyləyib.

“ 11 iyundan etibarən çinlilərin viza müraciətlərində təhlükəsizlik tədbirləri artırılacaq” deyə bildirən rəsmi aspirantura və doktorluq dərəcəsi üçün müraciət edənlərə sadəcə bir il viza veriləcəyini qeyd edib.

Amerikalı rəsmi qərarın ABŞ-dan Çinə edilən “məlumat ötürməyə” mane olmaq, ABŞ-a məxsus məhsullardakı “fikir haqqının” Çinə daşınmasının qarşısının alınması məqsədilə qəbul edildiyini bildirib.

Çinin ABŞ-a ən çox tələbə göndərən ölkə olduğunu bildirən rəsmi “ tələbə viza müraciətlərini məmnunluqla qiymətləndirməyə davam edəcəklərini” sözlərinə əlavə edib.


Etiketlәr: #aspirantura , #viza , #Çin , #ABŞ

Әlaqәli Xәbәrlәr