İran və israilli rəsmilərin İordaniyada görüş keçirdikləri iddia edildi

İordaniyanın vasitəçiliyində baş tutan gizli görüşdə rəsmi Tehranın Suriyanın cənub-qərbindəki toqquşmalara qatılmayacağı barədə razılıq əldə edildiyi irəli sürülüb.

980103
İran və israilli rəsmilərin İordaniyada görüş keçirdikləri iddia edildi

İordaniyanın vasitəçiliyində baş tutan gizli görüşdə rəsmi Tehranın Suriyanın cənub-qərbindəki toqquşmalara qatılmayacağı barədə razılıq əldə edildiyi irəli sürülüb.

İran və israilli rəsmilərin İordaniyanın paytaxtı Ammanda keçdirdikləri gizli görüşdə "Tehran rəhbərliyinin Suriyanın cənub-qərbindəki qarşıdurmalara qatılmaması" mövzusunda razılaşma əldə olunduğu iddia edilib.

Mərkəzi qərargahı Londanda olan Səudiyyə Ərəbistanının "İlaf" qəzetinin görüşdə hazır olan bir mənbəyə əsaslandırdığı xəbərdə İranın Amman səfiri Müctəba Firdovsi Burun da aralarında yer aldığı iranlı təhlükəsizlik səlahiyyətliləri ilə Mossadın sədr müavininin də aralarında olduğu israilli səlahiyyətlilərin Ammandakı bir otelin fərqli otaqlarında olduğu, tərəflər arasındakı müzakirənin mesajları daşıyan iordaniyalı vasitəçilə aparıldığı bildirilib.

Xəbərdə vasitəli müzakirənin mövzusunun Suriyanın cənub-qərbində, xüsusilə də Dera və əl-Kuneytara şəhərlərində baş verəcəyi gözlənilən qarşıdurmalar olduğu ifadə edilərək, "Görüş nəticəsində İranla yanaşı Livan Hizbullahı və digər şiə qrupların həmin bölgədə Əsəd rejim gücləri ilə müxaliflər arasında yaranması gözlənilən qarşıdurmalara qatılmamaq və İordaniyanın də sərhədlərini keçidlərə qarşı qoruması istiqamətində razılığa gəldilər. " iddiaları yer tutub.

İsrailli səlahiyyətlilərin işğal altındakı Golan təpələri və İsrail-İordaniya sərhədinə yaxın bölgədə yaranacağı gözlənilən qarşıdurmalara İran və Hizbullahın qatılmaması halında özlərinin də müdaxilə etməyəcəyini söylədikləri bildirilən görüşdə israillilərin Ammandakı razılaşmanın sürətli şəkildə təmin edilməsinə görə təəccüb keçirdikləri ifadə edilib.

Xəbərdə həmçinin bu görüş "qəribə və həqiqi olmadığı" şəklində qiymətləndirilərək, İsrailin Suriyaya istiqamətli son hücumlarında itkiləri olan Tehranın Suriyada daha çox itki verməmək və təzyiqlərə məruz qalmamaq üçün cənub-qərbdə Əsəd gücləri ilə müxaliflər arasında yaxın zamanda yaranacağı gözlənilən qarşıdurmalara qatılmamağı qəbul etdiyi vurğulanıb.

Görüşün Rusiyanın məlumatı daxilində baş tutduğu vurğulanan xəbərdə Dera və Kuneytarada yaranacaq qarşıdurmalara İran və Hizbullahın qatılmayacağına dair Rusiyanın zəmanət verdiyi irəli sürülüb.



Әlaqәli Xәbәrlәr