"ABŞ müşaviri ölkəmi təcili tərk etsin", N.Maduro

N.Maduro əllərində Robinsonın hökumətə qarşı sui-qəsd qurmaq cəhdində olduğuna dair dəlil olduğunu bildirib.

977129
"ABŞ müşaviri ölkəmi təcili tərk etsin", N.Maduro

  Venezuela dövlət başçısı Nikolas Maduro Amerika Birləşmiş Ştatları müşaviri Todd Robinsonın hökumətə qarşı sui-qəsd qurmaqda təqsirli bilərək deportasiya edib.

  N.Maduro əllərində Robinsonın hökumətə qarşı sui-qəsd qurmaq cəhdində olduğuna dair dəlil olduğunu bildirib.

  Həftəsonu keçirilən seçkilərdə 68 faiz səs toplayaraq vəzifəsinə yenidən başlayan Maduro bu münasibətlə təşkil olunan mərasimdə onu da söyləyib ki, “Robinsonun 48 saat ərzində ölkədən ayrılmasını tələb edirəm".

  Maduronun ifadələri ilə bağlı ABŞ-dan hələ bir açıqlama gəlməyib.

  Qeyd edək ki, ABŞ dövlət katibi Mayk Pompeo bundan əvvəl Venesuelada keçirilən seçkiləri "hiyləli", “konstitusiyaya təcavüz” və “demokratiyanı təhqir" adlandıraraq pisləmişdi.



Әlaqәli Xәbәrlәr