Avropa qocalır

Qocalan Avropanın fonunda Türkiyə gənc əhalisi ilə diqqət çəkir.

975637
Avropa qocalır

Qocalan Avropanın fonunda Türkiyə gənc əhalisi ilə diqqət çəkir.

Avropa Statistika Ofisinin (EUROSTAT) məlumatlarına görə, qitədə texnologiya inkişaf edir, lakin əhali yaşlanır.

Avropanın əhalisinin ən çox qocalan ölkəsi Almaniyadır.

Avropa İttifaqının lokomotivi olaraq tanınan ölkədə orta yaş 45, yaşlı əhalinin nisbəti isə 5.4% dir.

Almaniyanı İtaliya təqib edir.

Bu ölkədə orta yaş 43.8, yaşlı əhalinin nisbəti 6.1%-dir.

İtaliyadan sonra gələn Yunanıstanda isə orta yaş 42-dən çoxdur, yaşlı əhalinin nisbəti 5.2%-dir.

Yaşlı əhali sırasında dördüncü yerdə Avstriya, beşinci yerdə Finlandiyadır.

Hər ikisində orta yaş 40-dan çoxdur.

Fransa, Hollandiya, Belçika, Danimarka, Polşa, Bolqarıstan və Macarıstan da orta yaş 40-dan çox olan ölkələr arasındadır.

İngiltərədə orta yaş  39.8-dir.

Türkiyə isə gənc əhalinin ən çox olduğu ölkə olaraq diqqət çəkir.

Orta yaş 29.7 olan Türkiyədə yaşlı əhalinin nisbəti 1.4 faizdir.

EUROSTAT-ın məlimatlarına görə, Aİ ölkələrində yaşı 80-dən çox olanların sayı 27 milyonu keçib.

 



Әlaqәli Xәbәrlәr