ABŞ-da mәktәbdә atışma olub, 10 nәfәr ölüb

Bu barədə Texas ştatının qubernatoru Qreqq Ebbott (Greg Abbott) bildirib.

974370
ABŞ-da mәktәbdә atışma olub, 10 nәfәr ölüb

ABŞ-ın Texas ştatının Santa-Fe şəhərində məktəbdə baş verən silahlı insident nəticəsində 10 nəfər ölüb, 10 nәfәr dә yaralanıb. 

Bu barədə Texas ştatının qubernatoru Qreqq Ebbott (Greg Abbott) bildirib.

“10 nəfər həyatını itirib, daha 10 nəfər yaralanıb. Bu faciənin təkrarlanması üçün əlimizdən gələni etməliyik”, deyə qubernator qeyd edib.

Yerli media orqanlarının yaydığı xəbərə görə, məktəbdə atəşi 17 yaşlı şagird açıb, nәticәdә  9 məktəbli və 1 müəllim ölüb,10 nәfәr dә yaralanıb.

 



Әlaqәli Xәbәrlәr