Ərəb ölkələrinin BMT-dəki daimi nümayəndələrinin Fələstin xalqı üçün çağırışı

Ərəb ölkələrinin BMT-dəki daimi nümayəndələri Fələstin xalqı üçün beynəlxalq qoruma tələbi və İsrailin Qəzza sərhədindəki zorakılıq hadisələrində 62 adamın həyatını itirməsilə bağlı müstəqil bir istintaq başlatmağa çağırıb.

972117

BMT Təhlükəsizlik Şurasındakı Qəzza ilə bağlı toplantdan sonra Ərəb ölkələrinin BMT-dəki daimi nümayəndələri birgə bəyanat yaydı.

 Ərəb səfirlər BMT Təhlükəsizlik Şurasının hərəkətə keçməsinin vacibliyini ifadə edərək, Fələstin xalqı üçün beynəlxalq qoruma və Qəzzadakı zorakılıq hadisələri ilə bağlı istintaq tələb etdi.

Digər tərəfdən Avropa İttifaqı adından Fransa, Almaniya, İngiltərə, İsveç, Hollandiya və Polşa da, İsrailə silahsız dinc vətəndaşlara qarşı qeyri-bərabər gücdən istifadə edilməsindən, Həmasa isə təxribatçılıqdan imtina etməyə çağırdı.

İnsan Haqları Müşahidə Təşkilatının BMT üzrə direktoru Louis Charbonneau açıqlama verərək deyib: “ABŞ BMT Təhlükəsizlik Şurasının İsrailin öldürücü gücdən istifadə etməsinə qarşı müstəqil və tərəfsiz istintaq tələbinə maneə törədir. Təhlükəsizlik Şurasının addım atmaması yalnız İsrailin Qəzzada gələcəkdəki sui-istifadələrinə töhfə verəcək və Suriya və Myanmardakı böhranlarda şurasını hərəkətə keçirməyə cəhd edən,  ancaq İsrail mövzusunda ikili standart tətbiq edən ABŞ-ın etibarlılığını daha da sarsıdacaq."

Әlaqәli Xәbәrlәr