Ərəb Dövlətləri Liqası fövqəladə toplantı keçirəcək

Ərəb Dövlətləri Liqasına üzv ölkələrin xarici işlər nazirləri ABŞ-ın Təl-Əvivdəki səfirliyini Qüdsə köçürməsi ilə bağlı mayın 16-da fövqəladə toplantı keçirəcək.

971950

Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləzizin Ərəb Dövlətləri Liqasını Fələstin xalqına qarşı işlənən cinayətlər qarşısında “birləşmiş bir ərəb mövqeyi ortaya qoymaq” məqsədilə toplantıya çağıracağı bildirilib.

Fələstin rəsmi xəbər agentliyi “WAFA”-ya görə, Dövlət başçısı Mahmud Abbas ilə telefonla əlaqə saxlayan Kral Salman Ərəb Dövlətləri Liqasına üzv ölkələrin xarici işlər nazirləri səviyyəsində toplantıya çağıracağını bildirib.

İsrailin Fələstin xalqına qarşı işlədiyi cinayətlərı qınayan Kral Salman ölkəsinin paytaxtı Şərqi Qüds olan müstəqil bir dövlət qurma haqqını əldə edənədək fələstinlilərin yanında olacağını ifadə edib.

Yığıncaqda ABŞ-ın İsrail səfirliyini Qüdsə köçürməsi və İsrailin fələstinlilərə qarşı pozuntuları müzakirə ediləcək.

Ərəb Dövlətləri Liqasının Fələstinin tələbinə görə bugün də daimi nümayəndələr səviyyəsində növbədən kənar yığıncaq keçirəcəyi gözlənilir.

Әlaqәli Xәbәrlәr