İsraildə yaşayan fələstinlilərin ümumi tətil qərarı

İsraildə fələstinlilərin yaşadığı bölgələrdə Qəzzadakı qətliama reaksiya olaraq ümumi tətil elan olunub.

972388
İsraildə yaşayan fələstinlilərin ümumi tətil qərarı

İsraildə fələstinlilərin yaşadığı bölgələrdə Qəzzadakı qətliama reaksiya olaraq ümumi tətil elan olunub.

İsrailin fələstinli vətəndaşlarını təmsil edən Ali Ərəb Təqib Komitəsinin çağırışı qarşısında fələstinlilər yaşayan bögələrdə dükanlar bağlanıb, müəssisə və məktəblər tətil edilib.

Yenə komitənin çağırışı ilə bu bölgələrdə ötən gün axşam keçirilən üç yürüşə də yüzlərlə fələstinli qatılıb.

ABŞ prezidenti D.Trampın dekabrın 9-da Qüdsü İsrailin paytaxtı kimi tanıdığını və ölkəsinin Təl-Əvivdəki səfirliyini Qüdsə köçürəcəyini açıqlamasından sonra yeni səfirlik binası mayın 14-də keçirilən rəsmi mərasimdə açılmışdı.

Atılan bu addım bölgədə ciddi reaksiyaya səbəb oldu.

ABŞ-ın səfirliyini Təl-Əvivdən Qüdsə köçürmə qərarından sonra Qəzzada başlayan aksiyalarda İsrail təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində 62 fələstinli həyatını itirdi.  


Etiketlәr: #Təl-Əviv , #Qüds , #Qəzza

Әlaqәli Xәbәrlәr