Öldürülən fələstinlilərin sayı 60-ı, yaralananlar isə 2270-i keçdi

Şəhidlərdən 8-i 18 yaşdan aşağı, yaralılardan 225-i uşaq, 86-sı qadındır.

971439
Öldürülən fələstinlilərin sayı 60-ı, yaralananlar isə 2270-i keçdi

 İsrail əsgərlərinin Qəzza sərhədində Amerika Birləşmiş Ştatlarının Səfirliyini Qüdsə köçürməsinə etiraz bildirən nümayişçilərə atəş açması nəticəsində şəhid edilən fələstinlilərin sayı 60-ı keçdi.

  Fələstin Səhiyyə Nazirliyindən verilən yazılı məlumatda yaralı sayının da 2770-i keçdiyi bildirilir. Məlumatda o da yazılıb ki, şəhidlərdən 8-i 18 yaşdan aşağı, yaralılardan 225-i uşaq, 86-sı qadındır.  

 Xatırladaq ki, Qəzzanın İsrail sərhədində çadırlar quran fələstinlilər ABŞ Səfirliyinin Qüdsə daşınmasını və İsrailin quruluş ildönümü olan Nekbenin (Böyük Fəlakət) 70-ci ilinə etiraz etmək üçün "milyonluq yürüş" adını verdikləri mitinqlər keçirir.

  ABŞ prezidenti Donald Tramp 6 dekabr 2017-ci ildə Qüdsü İsrailin paytaxtı olaraq tanıyıb, ölkəsinin Təl-Əvivdəki səfirliyini Qüdsə köçürəcəyini açıqlayıb, yeni səfirlik binasını 14 mayda keçirilən rəsmi mərasimlə açıb.



Әlaqәli Xәbәrlәr