İran və Fransa nüvə sazişini qorumaq üçün razılaşdı

Fransa prezidenti Emmanuel Makron İran prezidenti Həsən Ruhaniyə Fransanın nüvə müqaviləsini davam etdirmək istədiyini söyləyib.

967618
İran və Fransa nüvə sazişini qorumaq üçün razılaşdı

    H.Ruhani ilə telefonda danışan E.Makron ona Fransanın müqaviləni davam etdirmək istəyini təkrar edib. Müqavilənin müddətinin 2025-ci ildə bitəcəyini xatırladan Makron deyib: “Bu tarixdən sonra nüvə müqaviləsinin yenidən gündəmə gətirilməsi düzgün olar.”

  Ruhani də mövcud müqavilənin qorunması vacibliyindən danışıb.

 Tərəflər müqaviləni saxlamaq üçün birgə səyləri davam etdirməklə bağlı razılığa gəlib.

  Qeyd edək ki, ABŞ-dan başqa digər beş ölkə - Rusiya, Çin, İngiltərə, Fransa və Almaniya 14 iyul 2015-ci ildə İranla imzalanan nüvə müqaviləsinin davam etdirilməsinin tərəfdarıdır.



Әlaqәli Xәbәrlәr